Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-05-2024 , 21:02

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Fatmayı kəndində poçt şöbəsinin bağlanması həm də bələdiyyənin büdcə gəlirlərinin azalmasına səbəb olur

Abşeron rayonu Fatmayı kənd sakinlərinin Belediyye.infoya verdiyi məlumata görə, xeyli müddətdir kənddə fəaliyyət göstərən poçt şöbəsi naməlum səbəbdən bağlanıb.

Poçt şöbəsinin bağlanması nəticəsində sakinlərin məktub, teleqram və digər poçt xidmətlərindən istifadə edə bilmirlər. Bununla yanaşı, kommunal ödənişlərin, habelə bələdiyyə vergilərinin ödənişini həyata keçirmək mümkün olmur. Bununla bağlı sakinlər ciddi problemlərlə üz-üzə qalır və ən əsası  bələdiyyə vergilərinin ödənməsi ləngidiyindən bəzən borca faizdə hesablanır.

Fatmayı kənd bələdiyyəsindən deyilənlərin həqiqətə uyğun olduğu deyildi. Poct şöbəsinin bağlanması bələdiyyənin büdcə gəlirlərinə də ciddi şəkildə təsir etdiyini də təsdiqlədilər.

Sakinlərlə söhbət zamanı o da məlum oldu ki, fəal sakinlərin bir qrupunun bu günlərdə “Azərpoçt” MMC-nin məsul vəzifəli şəxsləriylə görüşü olub.

Sakinlər bildiriblər ki, danışıqlar nəticəsində yaxın günlərdə Fatmayı kəndində poçt şöbəsinin yenidən fəaliyyətə başlayacağı deyilir. Sakinlər verilən vədə inanaraq hələ ki gözləmək məcbriyyətindədirlər.

Qeyd edək ki, kənddə fəaliyyət göstərən poçt şöbəsi bir neçə il əvvəl əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilmişdi.

(“Azərpoçt” MMC-nin də məsələyə münasibətini saytda istifadə etməyə hazırıq)

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər